AZ

Haqqımızda

Star Mining

Tariximiz

Star Mining şirkəti 2017-ci ildən etibarən dağ-mədən və qazma sahəsində fəaliyyət göstərərək qısa müddət ərzində sektorun etibarlı və peşəkar iştirakçılarından birinə çevrilmişdir. Şirkət yarandığı gündən etibarən əsas məqsədini yalnız məhsuldarlıq və texniki keyfiyyətlə deyil, həm də sosial məsuliyyət, əmək təhlükəsizliyi və ətraf mühitin qorunması prinsipləri ilə fəaliyyət göstərmək kimi müəyyən etmişdir.

İlk illərdən etibarən yerli bazarın tələblərinə uyğun modern texnologiyalar və ixtisaslaşmış kadr potensialı ilə bazara daxil olan Star Mining, qısa zamanda beynəlxalq standartlara uyğunlaşaraq daha iri layihələrdə iştirak etməyə başlamışdır. Davamlı inkişaf strategiyası və müasir idarəetmə yanaşması nəticəsində bu gün şirkət həm texniki gücü, həm də strateji baxışları ilə dağ-mədən sahəsində innovativ və dayanıqlı həllər təqdim edən aparıcı qurumlardan biri kimi tanınır.

Şirkətin keçdiyi yol, əldə etdiyi uğurlar və qurduğu güclü tərəfdaşlıq əlaqələri, onun gələcəkdə də ölkənin sənaye inkişafında mühüm rol oynayacağını göstərir.

Star Mining

Dəyərlər

Star Mining dağ-mədən sənayesində tam inteqrasiya olunmuş kəşfiyyat, qazma, mühəndislik və mədənçilik xidmətləri təqdim edən, etibarlılığı və peşəkarlığı ilə seçilən bir şirkətdir. Biz fəaliyyətimizi yüksək səmərəlilik və dürüstlük prinsipləri əsasında quraraq müştərilərimiz üçün dayanıqlı və uzunmüddətli dəyər yaratmağa çalışırıq. Məqsədimiz fəaliyyətimizin bütün istiqamətlərində inkişafı təmin edərək, regionda etibarlı tərəfdaş statusumuzu qorumaq və gücləndirməkdir.


Vizyonumuz



Bizim planlarımız yalnız bu gün üçün deyil, gələcək üçün də qurulub. Star Mining olaraqvizyonumuz bunlardır: Mineral kəşfiyyatı, qazma, mühəndislik və mədənçilik sahələrində regionun aparıcı vənüfuzlu şirkətinə çevrilmək;

• Təqdim etdiyimiz xidmətlərdə daima mükəmməlliyə can ataraq, müştərilərimizin ilk seçim etdiyi etibarlı tərəfdaş olmaq;

• İnnovasiya, texnoloji inkişaf və keyfiyyət baxımından sektorda lider mövqeyi tutmaq;

• Mədənçilik sənayesində nümunəvi, hörmət edilən və heyranlıqla izlənilən şirkətlərdənbirinə çevrilmək.

Missiyamız



Missiyamız dağ-mədən sənayesində inteqrasiya olunmuş, peşəkar və etibarlı xidmətlər təqdim etməkdir. Biz kəşfiyyatdan hasilata qədər bütün proseslərdə yüksək keyfiyyət, təhlükəsizlik və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, müştərilərimizə uzunmüddətli dəyər və tərəfdaşlıq münasibətləri bəxş edirik.

Dəyərlərimiz



Bizim dəyərlərimiz fəaliyyətimizin təməlini təşkil edir və gündəlik qərarlarımızı istiqamətləndirir:

• Birləşmə – Komanda ruhu ilə işləyir, əməkdaşlıq və qarşılıqlı hörmətə önəm veririk.

• Peşəkarlıq – Hər bir layihədə ən yüksək standartlara sadiq qalırıq.

• Şəffaflıq – Dürüst, açıq və hesabatlı fəaliyyət göstəririk.

• Dəqiqlik – Ən xırda detala qədər diqqət və keyfiyyətlə işləyirik.

• Sədaqət – Missiyamıza, müştərilərimizə və davamlı inkişafa bağlıyıq.

• Təhlükəsizlik – Hər şeydən öncə əməkdaşlarımızın sağlamlığı və əməliyyatlarımızın təhlükəsizliyi bizim üçün prioritetdir.

Standartlarımız



Star Mining Company olaraq bütün layihələrimizi beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun şəkildə həyata keçiririk. Yüksək ixtisaslı komanda, texnoloji üstünlük və sistemli idarəetmə yanaşması sayəsində xidmətlərimizi vaxtında və yüksək keyfiyyətlə təqdim edirik.

Bizim üçün keyfiyyət təkcə nəticədə deyil, prosesin hər mərhələsində ölçülür. Bu səbəbdən bütün xidmətlərimizdə aşağıdakı prinsiplərə əsaslanırıq:

• Layihələrin vaxtında və effektiv icrası

• Texniki dəqiqlik və prosesə nəzarət

• Ətraf mühitə və sosial məsuliyyətə riayət

• Müştəri məmnuniyyətini prioritet saymaq

Ekoloji siyasət

Ekoloji siyasət

“Star Mining” MMC fəaliyyət göstərdiyi bütün hallarda daşınma, qazıntı, təmir və inşaat işləri nəticəsində ətraf mühitə edilən təsiri aşkar etmək və bu təsiri azaldaraq minimuma endirmək üçün bütün mövcud və müvafiq biliklərdən istifadə edərək ətraf mühiti daim diqqətdə saxlamağa çalışır.

Bütün faliyyət prosseslərindən başlayaraq, daşınma, qazma, təmir və inşaat fəaliyyətlərdə ətraf mühitə ediləcək təsir, onun nəticələri və bütün aspektlər nəzərə alınaraq həyata keçirilir.

“Star Mining” MMC – nin rəhbərliyi “Ətraf mühitin İdarə edilməsi Sistemi” nin yaradılması və həyata keçirilməsi üçün bütün zəruri resurslarla təmin edəcək və bütün əməkdaşları arasında ekoloji maarifləndirmə aparacaqdır. Bu məqsədlə həyata keçirmək üçün ətraf mühitin idarə edilməsi, davamlı inkişaf və qabaqlayıcı düzgün tədbirləri əsas götürür.

Bu məqsədlə

• Ətraf Mühitin mühafizəsi üzrə tərəfdar çıxdığı müqavilə şərtlərinə (sazişlər və protokollar) və eyni zamanda yerli qanunların tələblərinə riayət etmək.
• Ətraf mühitə dəyə biləcək mənfi təsirləri maksimum qarşısını almaq.
• Ətraf mühitin muhafizəsi haqqına marifləndirici tədbirləri həyata keçirmək.
• Fəaliyyət göstərdiyimiz bütün halarda ətraf mühitin qorunması qanunlarına və fəaliyyətimizlə əlaqədar bütün ekoloji aspektlərdən irəli gələn tələblərə riayət etmək.
• Ekoloji monitorinqin həyata keçrilməsi
• Tullantıları düzgün idarə etməklə ətraf mühitə təsiri azaltmaq
• Ekoloji riskləri azaltmaq
• Bütün əməkdaşların ətraf mühitlə bağlı maariflənməsinə dəstək olmaq
• İSO: 14001 – 2008. Ətraf Mühitin İdarə Edilməsi Sisteminin tələblərinə riayət etmək və lazımi resurslarla təmin etmək.

“Star Mining” MMC Ətraf Mühitin İdarə Edilməsi Sisteminin qurulmasına, davamlı ikişafına və ya dəyə biləcək zərərin minimuma endirilməsi üçün bu siyasəti həyata keçirir.

star mining
star mining
star minig
star minig

Peşəkar işçi heyəti

Star Mining-in əsas gücü onun peşəkar və təcrübəli insan resurslarıdır. Müxtəlif sahələr üzrə ixtisaslaşmış mühəndislər, geoloqlar, texniki operatorlar və idarəetmə mütəxəssisləri bizim komandamızın əsasını təşkil edir. Hər bir əməkdaş sahəsində təcrübəli olmaqla yanaşı, davamlı təlim və inkişaf proseslərində iştirak edir.

Şirkətimiz müasir idarəetmə prinsiplərinə uyğun olaraq işçi heyətinin bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. Daxili təlimlər, beynəlxalq seminarlarda iştirak və müasir texnologiyaların öyrənilməsi işçilərimizin daim yenilənməsini təmin edir.

Əməkdaşlarımız arasında güclü komanda ruhu, operativ qərarvermə qabiliyyəti və yüksək məsuliyyət hissi mövcuddur. Layihələrin müvəffəqiyyətlə tamamlanmasında bu heyətin koordinasiyalı və fədakar fəaliyyəti həlledici rol oynayır. Star Mining üçün insan faktoru yalnız resurs deyil, uğurun əsas sütunlarından biridir.

Lisenziyalar

Lisenziyalar

Star Mining şirkəti dağ-mədən, qazma və partlatma sahələrində fəaliyyət göstərmək üçün qanunvericiliyin tələb etdiyi bütün müvafiq lisenziya və icazələrə malikdir. Bu lisenziyalar bizim fəaliyyətimizin rəsmi şəkildə tanınmasını və xidmətlərimizin hüquqi əsaslarla həyata keçirilməsini təmin edir.

Bütün fəaliyyət sahələrimizdə lisenziyalı mütəxəssislər və təsdiqlənmiş texnoloji həllər istifadə olunur. Hər bir layihəyə başlamazdan əvvəl bütün hüquqi sənədləşmələr, texniki yoxlamalar və təhlükəsizlik tədbirləri tam şəkildə yerinə yetirilir.

Rəqabətədavamlı bazarda lisenziyalı fəaliyyət bizə həm etibarlılıq qazandırır, həm də dövlət və özəl sektorda strateji tərəfdaşlıq imkanları yaradır. Bu baxımdan, fəaliyyətimizin rəsmi və qanuni çərçivədə olması bizim üçün yalnız bir tələb deyil, həm də müştərilərimiz qarşısında məsuliyyətin göstəricisidir.

Sertifikatlar

Sertifikatlar

Şirkətimizin fəaliyyət prinsipləri ISO beynəlxalq standartlarına əsaslanır. Hal-hazırda Star Mining ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001:2015 Ətraf Mühitin İdarəedilməsi Sistemi və ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizlik Sistemi sertifikatlarına sahibdir. Bu sertifikatlar bizim iş proseslərimizin yüksək keyfiyyət, təhlükəsizlik və ekoloji məsuliyyət prinsiplərinə uyğun şəkildə təşkil olunduğunu sübut edir.

Sertifikatlaşma yalnız formal tələb deyil, bizim üçün gündəlik iş fəaliyyətinin ayrılmaz hissəsidir. Hər bir əməkdaş bu standartlara əsasən fəaliyyət göstərir, bütün texniki və inzibati proseslər bu sistemlərə uyğunlaşdırılır.

Biz mütəmadi olaraq daxili və xarici auditlərdən keçərək sistemlərimizin davamlı təkmilləşməsinə çalışırıq. Bu isə müştərilərimizə və tərəfdaşlarımıza davamlı keyfiyyət, şəffaflıq və peşəkarlıq təmin edir.